Modern.az

Gürcüstan siyasi partiyalarının REYTİNQİ

Gürcüstan siyasi partiyalarının REYTİNQİ

23 İyul 2024, 12:22

Gürcüstanda siyasi partiyaların reytinq göstəriciləri ilə bağlı sosioloji tədqiqat aparılıb.

 

Modern.az xəbər verir ki, tədqiqat işi “Qafqaz Barometri” təşkilatı tərəfindən həyata keçirilib.

 

 Respondentlərin 31%-i onlara yaxın partiyanın olmadığını bildirib. Digər 30% isə sorğuda iştirakdan imtina edib və ya cavab verməkdə çətinlik çəkib. Qalan 39% isə rəğbət bəslədikləri partiyaları açıqlayıb:

 

▪️“Gürcü arzusu” – 21%
▪️“Vahid Milli Hərəkat” – 3%
▪️“Axali” – 3%
▪️Əmək Partiyası – 1%
▪️“Girçi – Daha çox azadlıq” – 1%
▪️“Gürcüstan üçün Lelo” – 1%
▪️“Gürcüstan üçün” – 1%
▪️“Aqmaşenebeli Strategiyası” – 1%
▪️“Vətəndaşlar” – 1%
▪️“Girçi” – 1%
▪️“Alt-Info” – 1%
▪️“Xalq üçün” (Anna Dolidze) – 1%
▪️Mühafizəkarlar Partiyası (Zviad Dzidziquri) – 1%
▪️“Avropa Gürcüstanı” – 1%
▪️Digərləri – 2%.

 

Vətəndaşların əksəriyyəti arasında aşkar favoritlərin olmamasına baxmayaraq, onlar qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyi planlaşdırırlar. Respondentlərin 65%-i gələn bazar günü keçirilsə, mütləq seçkiyə gedəcəklərini bildirib. Digər 18% isə iştirak etmək ehtimalının daha yüksək olduğunu bildirib.

 

Sorğu 2021-ci ildən “Gürcü arzusu”nun populyarlığının 3% azaldığını göstərib. Nəticələri ötən gün dərc edilən sorğu aprelin 16-dan mayın 13-dək keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri