Modern.az

Rusiyadan Macarıstana Ukrayna ərazisindən neft nəqli bərpa olunmayıb

Rusiyadan Macarıstana Ukrayna ərazisindən neft nəqli bərpa olunmayıb

Dünya

23 İyul 2024, 12:50

“LUKOIL” iyul ayında Ukrayna ərazisindən Macarıstan istiqamətində tranzit neft nəqlini bərpa etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Interfax” mənbəyə istinadən məlumat yayıb.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, şirkət "Dostluq" neft kəməri ilə Macarıstan və Slovakiyaya və digər istiqamətlərə daşınan nefti emal edir.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal