Modern.az

Rusiya Dövlət Dumasının sədr müavini vəzifəsindən azad edilib

Rusiya Dövlət Dumasının sədr müavini vəzifəsindən azad edilib

Dünya

23 İyul 2024, 14:30

Rusiya Dövlət Duması Sergey Neverovu (Vahid Rusiya) vitse-spiker vəzifəsindən azad edib.

Modern.az xəbər verir ki, deputatlar Pavel Zavalnı (Vahid Rusiya) və Dmitri Svişşov (LDPR) da Dumanın energetika, bədən tərbiyəsi və idman komitələrinin rəhbərləri vəzifələrindən azad ediliblər.

Sergey Neverov özü TASS ilə söhbətində Dövlət Dumasının Millətlər Komitəsinə keçməyi planlaşdırdığını bildirib. 

Sergey Neverov iki dəfə Dövlət Dumasının vitse-spikeri vəzifəsində çalışıb. İlk dəfə 2011-ci ildən 2020-ci ilə qədər. İkinci dəfə - 2021-ci ilin sentyabrından. 
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu