Modern.az

Moldovadakı ukraynalı kişilər vətənlərinə qaytarılacaq?

Moldovadakı ukraynalı kişilər vətənlərinə qaytarılacaq?

23 İyul 2024, 14:18

Ukrayna Moldova ilə ölkəyə qanunsuz daxil olmuş ukraynalı kişilərin geri qaytarılmasını müzakirə edir.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko deyib.

 

Onun sözlərinə görə, Moldova sərhədçiləri tərəfindən saxlanılan müəyyən sayda qaçqın Moldovada sığınacaq alır, digər hissəsi isə “haradadır, məlum deyil”.

 

Səfir qeyd edib ki, bu insanlar ya Moldova ərazisində qalırlar, ya da başqa ölkələrə gedirlər. Onların sayı ilə bağlı dəqiq statistik məlumat yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri