Modern.az

Professoru evində qətlə yetirdilər - Meyiti eyvanda tapıldı

Professoru evində qətlə yetirdilər - Meyiti eyvanda tapıldı

Dünya

23 İyul 2024, 17:46

Özbəkistanın paytaxtı Daşkəndin Almazar rayonunda yaşayan 73 yaşlı sosioloq, professor Əbdüləxət Kaxhorov evində qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, hadisənin təfərrüatları barədə "Kun.uz"a ölkənin Baş Prokurorluğunun mətbuat katibi Xaet Şamsutdinov məlumat verib.

 

Onun sözlərinə görə, iyulun 18-də saat 22:00 radələrində professorun qonşuları polisə zəng edərək Abdulaxət Kaxhorovun evində səs-küy eşidildiyini bildiriblər. Bununla əlaqədar olaraq hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.

 

Əməkdaşlar mənzilə daxil olan zaman balkonda professor Kaxhorovun meyitini aşkar ediblər. O, aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində qan itkisindən dünyasını dəyişib.

 

İyulun 19-da Almazar rayon prokurorluğu cinayət işi açıb. Şübhəli şəxs prosessual qaydada saxlanılıb. Cinayətin səbəbləri müəyyənləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu