Modern.az

Şahbaz Şərif Pezeşkianın andiçməsinə gedəcək

Şahbaz Şərif Pezeşkianın andiçməsinə gedəcək

24 İyul 2024, 15:12

Pakistanın baş naziri Şahbaz Şərif İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedəcək.

Modern.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Baluç bildirib ki, İran tərəfi Pakistanı prezident Pezeşkianın andiçmə mərasimində iştiraka dəvət edib.

İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani də Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edəcək.

Bağdadda yerləşən "əl-Yəvm" saytı İraq baş nazirinin bu mərasimə rəsmi dəvət olunduğunu bildirib.


İranın yeni prezidenti Pezeşkianın andiçmə mərasimi iyulun 30-da Tehranda - ölkə parlamentində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu