Modern.az

Ayasofyanı 25 milyon insan ziyarət edib 

Ayasofyanı 25 milyon insan ziyarət edib 

Dünya

24 İyul 2024, 23:20

İstanbulun Ayasofya məbədinin yenidən ibadət üçün açılmasından dörd il ötür.

 

Modern.az xəbər verir ki, ötən bu dörd il ərzində məbədi yerli vətəndaşlar və əcnəbilər olmaqla ümumilikdə təxminən 25 milyon insan ziyarət edib.

 

Qeyd edək ki, məbəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 86 ildən sonra ilk cümə namazı ilə yenidən məscid olaraq istifadəyə verilib. Bu münasibətlə dünyanın müxtəlif bölgələrindən insanlar İstanbula axın etdilər. O gün şəhərin Ayasofyaya yaxın 21 məscidi bura gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.

 

Türkiyə Prezidenti tərəfindən “Qurani-Kərim”dən ayələrin oxunması ilə istifadəyə verilən bu məbəd ilk dəfə 1453-cü ildə Fateh Sultan Mehmet tərəfindən İstanbulun fəthindən sonra məscid kimi fəaliyyətə başlayıb. Belə ki, şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb.

 

Dünya memarlıq tarixinin günümüzədək gələn ən görkəmli abidələrindən olan Ayasofya memarlığı, möhtəşəmliyi, ölçüsü və funksionallığı ilə dünya sənət aləmində mühüm yer tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri