Modern.az

Bayden seçkilərdə Harrisi dəstəkləməyə çağırdı

Bayden seçkilərdə Harrisi dəstəkləməyə çağırdı

Dünya

25 İyul 2024, 07:52

ABŞ lideri Co Bayden xalqa müraciət edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb.

 

“Cəmi bir neçə aydan sonra amerikalılar ABŞ-nin gələcəyinin kursunu seçməli olacaqlar. Mən seçimimi etdim, fikrimi bildirdim. Gözəl vitse-prezidentimiz Kamala Harrisə təşəkkür etmək istərdim. İndi seçim sizindir - Amerika xalqı”, - Bayden bildirib.

 

Bayden həmçinin Harrisin Demokratik prezident seçkilərində layiqli namizəd olacağını deyib. O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri