Modern.az

Netanyahu Yaxın Şərqdə NATO-ya oxşar təşkilat yaratmağı təklif etdi

Netanyahu Yaxın Şərqdə NATO-ya oxşar təşkilat yaratmağı təklif etdi

Dünya

25 İyul 2024, 08:04

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə İrandan gələn təhlükəyə qarşı çıxmaq üçün Yaxın Şərqdə NATO-ya bənzər bir ittifaq yaratmağı təklif edib.

 

Modern.az xəbər verir ki, o, bunu ABŞ Konqresində çıxışı zamanı bildirib.

 

"İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, - Netanyahu deyib.

 

Siyasətçinin sözlərinə görə, regionda yəhudi dövləti ilə münasibətləri normallaşdıran hər bir ölkəyə yeni yaradılacaq alyansda üzvlük verilməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri