Modern.az

Moldovanın maliyyə naziri istefa verdi

Moldovanın maliyyə naziri istefa verdi

25 İyul 2024, 10:58

Moldovanın maliyyə naziri Petru Rotaru istefa verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin başçısı Dorin Reçan "Facebook"da yazıb.

 

Bu, Reçanın başçılıq etdiyi kabinetdə son 12 ay ərzində artıq beşinci istefadır.

 

Bundan əvvəl daxili işlər naziri Anna Revenko, təhsil və infrastruktur nazirləri Anatoli Topala və Liliya Dabija, eləcə də ətraf mühit naziri İordanka-Rodika İordanova da öz postlarını tərk ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu