Modern.az

İspaniya Ukraynaya “Hawk” HHM sistemi verəcək

İspaniya Ukraynaya “Hawk” HHM sistemi verəcək

25 İyul 2024, 13:16

İspaniya sentyabr ayına qədər “Hawk” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Ölkənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sentyabra qədər bütün lazımi materialları Ukraynaya köçürmək istəyirlər ki, o vaxta qədər ölkədə qurğu tamamilə istismara hazır olsun.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu