Modern.az

Britaniya Ukraynaya "Martlet" raketləri tədarük edəcək

Britaniya Ukraynaya "Martlet" raketləri tədarük edəcək

25 İyul 2024, 13:32

Böyük Britaniya Silahlı Qüvvələrini təchiz etmək üçün xeyli sayda "Martlet" raketləri sifariş edib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, onlardan bəziləri Ukraynaya veriləcək.

 

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, 176 milyon funt sterlinq məbləğində sifariş verilib və “yüzlərlə yüngül çoxməqsədli raket” Ukraynaya veriləcək.

 

Bu cür raketlər dronları, helikopterləri, təyyarələri və kiçik, sürətli dəniz hədəflərini vura bilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu