Modern.az

Rusiyanın Ukraynaya atdığı İran dronu Rumıniyaya düşdü - RƏSMİ

Rusiyanın Ukraynaya atdığı İran dronu Rumıniyaya düşdü - RƏSMİ

Dünya

25 İyul 2024, 15:38

Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ölkədə "Shahed" PUA-larının qalıqlarının tapıldığını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, o, sosial media səhifəsində bu barədə paylaşım edib.

 

"Rusiya Ukraynanın mülki infrastrukturuna daha dəhşətli hücumlar həyata keçirdi. Rumıniya ərazisində dağıntılar yarandı", - o yazıb.

 

Nazir əlavə edib ki, Rumıniya artıq müttəfiqlərini insidentlə bağlı məlumatlandırıb və öz hərəkətlərini onlarla əlaqələndirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi