Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi Batumda süni adaların tikintisinin davam etdirilməsinə yenidən icazə verib.
Modern.az xəbər verir ki, agentlik mövcud tikinti layihəsinin işlədiyi Batumi neft terminalının təhlükəsiz istismarı üçün risklər yaratdığını bildirdiyi üçün əvvəllər icazəni dayandırmışdı.
Qurum məsələnin onun səlahiyyətindən kənarda olduğunu bildirərək, İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlayıb və qərara alıb ki, adalar liman infrastrukturunun və terminalın fəaliyyəti üçün heç bir təhlükə yaratmayacaq.
***
12.08.2024 / 16:55
Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi Batumda süni adanın tikintisi üçün icazələrin verilməsi prosesini dayandırıb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, söhbət Batum sahillərində süni adalar arxipelaqının tikintisi üzrə iddialı layihədən gedir.
Araşdırmaya görə, ada tikmək bir sıra təhlükəsizlik məsələlərini gündəmə gətirir. Xüsusilə, gəmilərin "Terminal 1"ə daxil olduğu kanal süni adadan cəmi 40 metr aralıda yerləşəcək.
Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Vasil Gedevanişvili layihəni həyata keçirmək istəyən tərəfə yazılı şəkildə məlumat verib ki, ekoloji təhlükəsizlik məsələləri aydınlaşdırma tələb edir.
***
25.07.2024 / 17:18
Gürcüstanın Acarıstan muxtariyyətində - Qara dəniz regionunda “Batumi island” süni adasının tikintisi layihəsi 20% tamamlanıb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, muxtar respublika hökumətinin sədri Tornike Rijvadze bu barədə danışıb.
Onun sözlərinə görə, artıq 15 hektara yaxın yeni ərazi yaradılıb və bir neçə aydan sonra ilk tikinti fəal şəkildə başlayacaq. Birinci mərhələdə 100 milyon dollar xərclənəcək və 2 min yerli sakin işlə təmin olunacaq.
Adanın tikintisinə 2022-ci ilin sentyabrında başlanılıb. İki süni yarımadanın və ultra müasir əyləncə və rekreasiya tipli bir adanın tikintisi planlaşdırılır.