Modern.az

Kraliçanı maşın vurdu

Kraliçanı maşın vurdu

Dünya

26 İyul 2024, 10:50

Elektrikli avtomobili idarə edən yaşlı kişi Danimarka kraliçası Marianın üstünə çıxıb.

Modern.az xəbər verir ki, bu barədə “Nyu-pYork Post” məlumat yayıb.

Hadisə Marianın Qrenlandiyaya rəsmi səfəri zamanı baş verib. 52 yaşlı kraliça küçədə insanlarla söhbət edərkən avtomobil qəfildən izdihamın içinə keçərək onun ayaqlarına dəyib və yerə yıxıb.

Təhlükəsizlik əməkdaşları dərhal  kraliçanın köməyinə gələrək onu hadisə yerindən uzaqlaşdırıblar.

Daha sonra kral ailəsinin sözçüsü onun xəsarət almadığını bildirib.

Avtomobilin sürücüsü idarəetməni itirdiyini iddia edib. Onun sözlərinə görə, bunun niyə baş verdiyini başa düşmür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri