Modern.az

Ukraynanın dialoq təklifinə Moskvadan REAKSİYA

Ukraynanın dialoq təklifinə Moskvadan REAKSİYA

Dünya

26 İyul 2024, 11:28

Ukrayna ilə danışıqlarda konkret nəticə yoxdur, Kiyevin impulslarının nə dərəcədə real olduğu məlum deyil.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”nın Moskvanın Kiyevdəki hər hansı siyasi qüvvədən konkret siqnallar alıb-almamasına dair sualına cavab verərkən deyib.

“Danışıqlara gəlincə, hələ ki konkret maddələr yoxdur, aydın olmayan siqnallar var, lakin onların nə dərəcədə real olduğunu bilmirik. Bizimlə hər hansı danışıqlar aparmaq baxımından Kiyev rejiminə qadağa var. Hələlik heç bir aydınlıq yoxdur”, - Kreml sözçüsü bildirib.

Xatırladaq ki, iyulun 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Quançjouda çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı ölkəsinin Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu açıqlamışdı.

O qeyd edib ki, "danışıqlar rasional və mənalı olmalıdır, ədalətli və sabit sülhə nail olmağa yönəldilməlidir".

Peskov xatırladıb ki, Kiyevə Moskva ilə hər hansı əlaqə qadağandır və buna görə də mümkün dialoqla bağlı “hələ çox şey tapıb dinləmək lazımdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri