Modern.az

Tramp hamını aldadıb? - FTB direktoru sui-qəsd cəhdindən şübhələnir

Tramp hamını aldadıb? - FTB direktoru sui-qəsd cəhdindən şübhələnir

26 İyul 2024, 12:12

Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vrey deyib ki, Pensilvaniyada ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi zamanı güllənin onun qulağına dəydiyinə dair bəzi şübhələri var.

Modern.az xəbər verir ki, bu barədə «Guardian” yazıb.

“Pensilvaniya ştatının Butler şəhərində silahlı şəxs mitinqdə atəş açdıqdan az sonra Donald Tramp qulağına güllə dəydiyini və onun qanaxmaya səbəb olduğunu söylədi. Lakin Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısında ifadə verən FTB direktoru Kristofer Vrey deyib ki, Trampın qəlpələrə tuş gəlib-gəlmədiyi aydın deyil”.

Trampın sui-qəsd cəhdindən sonra səhhəti ilə bağlı məlumat vermədiyi üçün tənqid edildiyi bildirilir.

Xatırladaq ki, iyulun 13-də baş verən sui-qəsd cəhdi nəticəsində 1 nəfər mitinq iştirakçısı həlak olub, bir nəfər isə yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri