Modern.az

Trampın həyat yoldaşı memuarını nəşr etdirəcək

Trampın həyat yoldaşı memuarını nəşr etdirəcək

26 İyul 2024, 12:32

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın memuar kitabı payızda, prezident seçkilərinə az qalmış işıq üzü görəcək.

 

Modern.az xəbər verir ki, memuar “Melaniya” adlanacaq.

 

Kitab "qeyri-adi bir həyat yaşayan qadının intim portreti" kimi təsvir edilib. Melaniyanın xatirələrində "əvvəllər heç vaxt ictimaiyyətə paylaşmadığı" şəxsi hekayələri və ailə fotoşəkilləri yer alacaq.

 

Keçmiş birinci xanımın internet səhifəsində deyilir ki, kitab "müsibətlərə qalib gələn və öz yolunu quran qadının güclü və ruhlandırıcı hekayəsi" olacaq.

 

Melaniya Tramp uzun müddət ictimai məkanda görünməsə də, Donald Trampın prezidentliyə rəsmən namizəd göstərildiyi Respublikaçılar Partiyasının son qurultayında onunla səhnəyə çıxıb, ərini öpüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri