Modern.az

İrəvanla Afina arasında MÜZAKİRƏLƏR

İrəvanla Afina arasında MÜZAKİRƏLƏR

Dünya

26 İyul 2024, 14:30

Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Yunanıstan parlamentinin milli müdafiə və xarici əlaqələr daimi komissiyasının sədri vəzifəsini icra edən Dimitris Keridis ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Qeyd olunub ki, görüşdə Tiqran Mkrtçyan Ermənistan-Avropa İttifaqı və Ermənistan-Yunanıstan əməkdaşlığının yüksək səviyyəsini, onların yaxın gələcəkdə dərinləşməsi tendensiyalarını, o cümlədən parlament platformalarında əməkdaşlığı vurğulayıb.

 

Bildirilib ki, Dimitris Keridis də öz növbəsində iki ölkənin çoxtərəfli parlament platformalarında səmərəli əməkdaşlığını vurğulayıb. O, həmçinin Ermənistanı və erməni xalqını qeyd-şərtsiz dəstəklədiyini bildirib. Həmsöhbətlər qarşılıqlı faydalı ikitərəfli münasibətlərin inkişafına yönəlmiş bir sıra təşəbbüsləri müzakirə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri