Modern.az

Azərbaycan və gürcü əsilli məşhur türk yazar vəfat edib

Azərbaycan və gürcü əsilli məşhur türk yazar vəfat edib

Dünya

26 İyul 2024, 15:28

Azərbaycan və gürcü əsilli türkiyəli şair, yazıçı və tərcüməçi Afşar Timuçin dünyasını dəyişib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 85 yaşında həyatla vidalaşıb.

 

Kökləri Bakı və Batuma dayanan Afşar Timuçin 1939-cu ildə Manisa vilayətinin Akhisar rayonunda anadan olub. Ali təhsilinə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Fransız dili və ədəbiyyatı bölməsində başlayıb.

 

1967-ci ildə təhsilini başa vurmaq üçün Kanadaya gedib. 1967-ci ildə Monreal Universitetinin fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə isə İstanbul Universitetində doktorluq dərəcəsini tamamlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri