Modern.az

Avropa İttifaqı Rusiya aktivlərindən Ukraynaya ilk 1.5 milyardı yollayacaq

Avropa İttifaqı Rusiya aktivlərindən Ukraynaya ilk 1.5 milyardı yollayacaq

Dünya

26 İyul 2024, 15:56

Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən alınan ilk 1,5 milyard avronu göndərəcək.

 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində bildirib.

 

O qeyd edib ki, vəsait Ukraynanın müdafiəsi və bərpası üçün istifadə olunacaq.

 

"Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı simvol və Kremlin pulundan daha yaxşı istifadə edilə bilməz", - Leyen yazıb.

 

May ayında Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynanın yenidən qurulması və müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün istifadə etməyə razılaşıblar. İlkin razılaşmalara görə, Kiyev hər il təxminən 3 milyard avro almalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu