Modern.az

Deputatların yarısı majoritar, yarısı proporsional qaydada seçiləcək

Deputatların yarısı majoritar, yarısı proporsional qaydada seçiləcək

26 İyul 2024, 16:58

Özbəkistanda ilk dəfə 75 deputat birbaşa majoritar sistemlə, qalan 75 deputat isə proporsional sistemlə seçiləcək.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, Daşkənddəki Simpozium sarayında Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.

 

Komissiyanın sədri Zayniddin Nizamxocayev oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib.

 

Seçkilərdə Qanunvericilik Palatasının 150 deputatı, Senatın 65 üzvü, Qaraqalpaqıstan Respublikası muxtariyyətinin parlamentinin 65 deputatı, həmçinin vilayət, Daşkənd və 208 rayon (şəhər) yerli qanunverici orqanlarının deputatları seçiləcək.

 

Seçki prosesində 30 minə yaxın namizədin və onların 90 minə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Seçki komissiyalarının təşkilati funksiyaları yerinə yetirəcək 120 mindən çox üzvü, 70 mindən çox yerli və xarici müşahidəçi də iştirak edəcək.

 

Qeyd olunur ki, siyasi partiyalar tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi zamanı yeni sistem tətbiq edilib, qadınların xüsusi çəkisi 40 faizdən az olmamalıdır.

 

Bundan başqa, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Müvafiq olaraq, namizəd müvafiq seçki dairəsi üzrə digər namizədlərdən çox səs topladıqda seçilmiş sayılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri