Modern.az

"Kurtlar Vadisi"nin məşhur aktyoru ÖLDÜ

"Kurtlar Vadisi"nin məşhur aktyoru ÖLDÜ

27 İyul 2024, 13:11

Türkiyənin tanınmış aktyoru Salahsun Hekimoğlu dünyasını dəyişib

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya və səs aktyoru Salahsun Hekimoğlu 74 yaşında vəfat edib.

Qeyd edək ki, aktyor "Payitaht Abdülhamid", "Diriliş: Ertuğrul", "Kurtlar Vadisi", "Arka Sokaklar" və "Kavak Yelleri" kimi bir çox məşhur seriallarda rol alıb.

S.Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən film və serialların səsləndirilməsində iştirak edir. Hekimoğlu aktyorluğa 2003-cü ildə "Həyat Bilgisi" serialındakı rolu ilə başlayıb.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri