Modern.az

İranda dövlət qurumlarının fəaliyyəti dayandırılır - SƏBƏB

İranda dövlət qurumlarının fəaliyyəti dayandırılır - SƏBƏB

27 İyul 2024, 16:04

İranda həddindən artıq istilər səbəbindən sabah ölkə üzrə bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İran hökuməti ölkənin hər yerində davam edən həddindən artıq istilər səbəbindən əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün bütün dövlət müəssisələrini bağlamaq qərarına gəlib. Yardım xidmətləri istisna olmaqla, ölkə daxilində bütün dövlət qurumları və banklar bağlanacaq. Qərara əsasən, sabah yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar işləməyəcək.

Qeyd edək ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatıb, paytaxt Tehranda isə bu gün havanın temperaturu 41 dərəcə olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri