Modern.az

Almaniyalı nazir belaruslu həmkarına xəbərdarlıq etdi

Almaniyalı nazir belaruslu həmkarına xəbərdarlıq etdi

27 İyul 2024, 17:15

Almaniyanın xarici işlər naziri Annalena Berbok belaruslu həmkarı Maksim Rijenkova xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.

Annalena Berbok Belarusda “terrorçuluq” ittihamı ilə edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigerə qarşı hökmü pisləyib. O deyib ki, hökmün icrası Berlin və Minskin münasibətlərində ciddi nəticələrə səbəb olacaq.  

Qəzetin məlumatına görə, Burbok Rıjenkova ünvanladığı məktubda hökmdən apellyasiya şikayəti vermək və onun icrasını dayandırmaq üçün ədalətli prosedura çağırıb.

Onun sözlərinə görə, ölüm hökmü Minsk və Berlin münasibətlərinə ciddi təsir edəcək.
Hələlik Almaniyanın xarici işlər nazirinə cavab gəlməyib.

Daha əvvəl bildirilmişdi ki, Belarus məhkəməsi Almaniya vətəndaşı Riko Krigeri ölüm cəzasına məhkum edib. O, "terrorçuluq və muzdlu fəaliyyət"də təqsirli bilinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri