Modern.az

Çində qasırğa - 12 nəfər öldü, vəzifəli şəxslər itkin düşdü

Çində qasırğa - 12 nəfər öldü, vəzifəli şəxslər itkin düşdü

Dünya

28 İyul 2024, 11:50

Çinin cənubunda “Qaemi” qasırğasının yaratdığı fəsadlar nəticəsində azı 12 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində Henyan şəhərində torpaq sürüşməsi baş verib, 300 minə yaxın insan bölgədən təxliyə edilib.

 

Qeyd olunub ki, şəhər hakimiyyəti mümkün daşqınlarla bağlı xəbərdarlıq edib.

 

Məlumata görə, Lintszyan şəhərində mer müavini və daha bir məmur xilasetmə işləri zamanı itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu