Modern.az

Rusiyada subasma: 3 yaralı, 6 itkin

Rusiyada subasma: 3 yaralı, 6 itkin

Dünya

29 İyul 2024, 10:56

RF Kareliya Respublikasında Ağ dəniz-Baltik kanalının 10 və 11-ci hissələri arasındakı müvəqqəti körpünün su altında qalması nəticəsində 6 nəfər itkin düşüb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onların arasında iki uşaq da var.

 

Kareliya rəhbəri Artur Parfençikovun sözlərinə görə, qəza barədə səhər saat 6:34-də məlumat verilib.

 

3 nəfər isə yaralanıb.

 

Hazırda suyun səviyyəsi azalıb, lakin yerli hakimiyyət yaxınlıqdakı yaşayış məntəqələrini boşaltmağa qərar verib. Hadisənin baş verdiyi ərazi ilə qurudan heç bir əlaqə yoxdur. Əraziyə Sankt-Peterburqdan aviasiya göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu