Modern.az

Ararat Mirzoyan Yunan Kiprinə səfər edib

Ararat Mirzoyan Yunan Kiprinə səfər edib

29 İyul 2024, 15:52

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Kipr Respublikasına (Cənubi Kipr) işgüzar səfəri başlayıb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

 

Səfər çərçivəsində nazir Mirzoyan Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşəcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.

 

Kiprin xarici işlər nazirinin dəvəti ilə Ararat Mirzoyan ölkənin diplomatik nümayəndəlikləri rəhbərlərinin illik konfransında iştirak edəcək və çıxış edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu