Modern.az

İkinci Çin şirkəti Gürcüstan aviabazarına daxil olur

İkinci Çin şirkəti Gürcüstan aviabazarına daxil olur

29 İyul 2024, 17:16

Sentyabr ayından etibarən ikinci Çin aviaşirkəti "AIR CHINA" Gürcüstanın aviasiya bazarına daxil olur.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, uçuşlar "BOENG 737-800" təyyarəsi ilə həyata keçiriləcək.

 

Gürcüstan Hava Limanları Assosiasiyasının məlumatına görə, təyyarələr həftədə üç dəfə Urumçi-Tiflis-Urumçi marşrutu üzrə uçacaq.

 

"China Southern Airlines" hazırda Urumçidən Tiflisə reyslər həyata keçirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu