Modern.az

Türkiyə-Ermənistan sərhədində görüş BAŞLADI

Türkiyə-Ermənistan sərhədində görüş BAŞLADI

Dünya

30 İyul 2024, 12:38

Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

 

Tərəflər arasında beçinci görüş iki ölkənin sərhədində baş tutur. 

 

Qeyd edək ki, görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində keçiriləcək.

 

Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu