Modern.az

Danimarka-Gürcüstan münasibətləri soyuyur - DETALLAR

Danimarka-Gürcüstan münasibətləri soyuyur - DETALLAR

30 İyul 2024, 15:48

Danimarka ABŞ, Almaniya və Fransadan sonra Gürcüstanla münasibətlərə yenidən baxır.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu müxalifətçi deputat Teona Akubardia bildirib.

 

Onun sözlərinə görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyindən onun sorğusuna cavab olaraq daxil olan məktubda deyilir.

 

Orada deyilir ki, Danimarka Gürcüstan hökuməti ilə əlaqələri, yeni proqramlara dəstəyi və keçən il 10 milyon dollar büdcə ilə başlayan 4 illik hərbi əməkdaşlığı dayandırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu