Modern.az

Ermənistanda xidmət rəisi həbs olundu

Ermənistanda xidmət rəisi həbs olundu

30 İyul 2024, 16:44

İrəvanda Respublika Təcili Yardım Xidmətinin rəhbəri Saak Akopyan rüşvət almaqda ittiham edilərək həbs edilib.

 

Modern.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bu barədə "Sputnik Armenia"ya verilən məlumatda deyilir.

 

Məlumata görə, söhbət çağırışçıların ordudan azad edilməsi məqsədilə iri korrupsiya sövdələşmələrində iştirakdan gedir.

 

Xidmətin direktoru ilə yanaşı, bu işdə əli olan 3 nəfər də həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu