Modern.az

HƏMAS lideri Tehranda ÖLDÜRÜLDÜ

HƏMAS lideri Tehranda ÖLDÜRÜLDÜ

31 İyul 2024, 07:40

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

 

Məlumata görə, Haniyə və daha bir nəfər iqamətgahın atəşə tutulması nəticəsində ölüb.

 

Məlumatı HƏMAS-ın özü də təsdiqləyib. Hərəkatın teleqram kanalında bildirilib ki, İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Haniyə İsrailin hücumuna məruz qalıb.

 

İran İnqilab Keşikçiləri Korpusu (SPEAH) Haniyənin ölkənin yeni prezidentinin andiçmə mərasiminə qatıldıqdan bir neçə saat sonra öldüyünü təsdiqləyib, araşdırma apardıqlarını bildiriblər.

 

İsrail ordusunun nümayəndələri CNN-ə Haniyənin İranda öldürülməsini şərh etmək istəməyiblər.

 

Qeyd edək ki, Pezeşkianın andiçmə mərasimi ötən gün keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu