Modern.az

Qusarda narkotik bitkiləri məhv edilib

Qusarda narkotik bitkiləri məhv edilib

31 İyul 2024, 11:50

Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu