Modern.az

Venesuelada seçkisonrası etirazlar SƏNGİMİR

Venesuelada seçkisonrası etirazlar SƏNGİMİR

31 İyul 2024, 12:18

Venesuelada prezident seçkilərindən sonra etirazlar üçüncü gündür ki, səngimir.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, hüquq müdafiəçilərinin məlumatına görə, azı 11 nəfər ölüb, onlardan ikisi azyaşlıdır.

 

"Foro Penal" təşkilatının məlumatına görə, onlarla insan yaralanıb, 177 nəfər həbs edilib.

 

Müxalifət liderləri təkid edirlər ki, onların namizədi Edmundo Qonzales Uqo Çavesin onillik müdafiəçisi və Kremlin müttəfiqi Nikolas Madurodan iki dəfə çox səs toplayıb.

 

Paytaxtdan kənarda etirazçılarla polis arasında toqquşmalar davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu