Modern.az

Mahmud Abbasın Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

Mahmud Abbasın Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

31 İyul 2024, 17:15

Fələstin Prezidenti Mahmud Abbas avqustun 14-də Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.

 

Departament rəhbəri Prezident Mahmud Abbasın Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi və Türkiyə Böyük Millət Məclisində çıxış edəcəyini açıqlayıb.

 

Səfərin iki gün davam etməsi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu