Modern.az

Gürcüstanın baş infeksionisti vəfat edib

Gürcüstanın baş infeksionisti vəfat edib

1 Avqust 2024, 13:18

Gürcüstanın baş infeksionisti Tengiz Tsertsvadze vəfat edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

 

2007-ci ildən Tsertsvadze İnfeksion Patologiyalar, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

 

1998-ci ildə “Şərəf” ordeni, 2019-cu ildə isə Prezidentin “Nur” ordeni ilə təltif edilib. 2020-ci ildə Tsertsvadze koronavirus pandemiyasına qarşı mübarizəyə görə Tiflisin fəxri vətəndaşı olub.

 

Tsertsvadze bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü, nüfuzlu beynəlxalq təşkilatların eksperti idi. O, elmi məruzələrini, o cümlədən ABŞ Konqresində təqdim edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI