Modern.az

Rusiya Gürcüstanla dialoqa hazırdır - Matvienko

Rusiya Gürcüstanla dialoqa hazırdır - Matvienko

1 Avqust 2024, 13:34

"Rusiya Gürcüstanla diplomatik münasibətləri bərpa etmək üçün dialoqa hazırdır".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

 

“Təəssüf ki, hələ təmaslar yoxdur. Əlbəttə ki, bu bizim günahımız deyil, Gürcüstanda çətin siyasi proseslər gedir, çox şey yenidən düşünülür... Əgər Gürcüstan tərəfində dialoq istəyi varsa, biz indi hazırıq", - sədr deyib.

 

Onun sözlərinə görə, oktyabrda keçiriləcək parlament seçkiləri Gürcüstanın gələcək sosial-iqtisadi yolunu müəyyən edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi