Modern.az

Separatçıların sonuncu "komandan"ı Ermənistanda nazir müşaviri təyin olunub

Separatçıların sonuncu "komandan"ı Ermənistanda nazir müşaviri təyin olunub

2 Avqust 2024, 09:22

Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxdığını elan edən Qarabağdakı keçmiş qondarma qurumun "ordusu"nun sonuncu "komandan"ı Kamo Vardanyana Ermənistanda yüksək vəzifə verilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, general-leytenant Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri olub.

 

K.Vardanyan "Joğovurd" nəşrinə verdiyi şərhdə məlumatı təsdiqləyib.

 

Vardanyan 2021-ci ilin sentyabrından qondarma "Müdafiə Ordusuna" komandanlıq edib. O, 2023-cü ilin sentyabrından sonra Samvel Şahramanyanla birlikdə Ermənistana gedib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi