Gürcüstan prezidenti Salome Zurabişvili 22 məhbusu əfv edib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onlardan biri qadındır.
Qeyd olunub ki, 14 nəfər cəza çəkməkdən tamamilə azad edilib, 7 nəfərin cəzası isə azaldılıb.
Gürcüstan Prezident Administrasiyası məlumat yayıb ki, əfv olunan daha bir şəxs şərti cəzadan azad edilib.