Modern.az

Türkiyə Ukrayna ilə sazişi ratifikasiya edib

Türkiyə Ukrayna ilə sazişi ratifikasiya edib

Dünya

2 Avqust 2024, 15:36

Türkiyə Ukrayna ilə 2022-ci ilin fevralında imzalanmış azad ticarət sazişini ratifikasiya edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Ticarət Nazirliyi razılaşmanın ikitərəfli ticarətin 2023-cü ildəki 7,3 milyard dollardan yaxın gələcəkdə 10 milyard dollara çatdırılmasını gözləyir.

 

Müqavilə Türkiyənin sənaye mallarının təxminən 93,4%-i və kənd təsərrüfatı mallarının 7,6%-i üçün idxal rüsumlarını aradan qaldırmağı nəzərdə tutur.

 

Ukrayna öz növbəsində sənaye mallarının təxminən 56%-i və kənd təsərrüfatı mallarının 11,5%-i üçün idxal rüsumlarını ləğv edəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi