Modern.az

Rusiyada senator parlamentdə SAXLANILDI

Rusiyada senator parlamentdə SAXLANILDI

Dünya

2 Avqust 2024, 15:48

Rusiyada Federasiya Şurası senator Dmitri Savelyevi toxunulmazlıqdan məhrum edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, qətldə əli olmaqda şübhəli bilinərək saxlanılıb

 

Rusiyanın baş prokuroru Krasnov senator Dmitri Savelyevin toxunulmazlığının ləğv edilməsi təklifi ilə Federasiya Şurasına müraciət edib. O, qətl təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.

 

Cinayət işinin təfərrüatları açıqlanmır.

 

Dmitri Savelyev 2016-cı ildən hakim “Vahid Rusiya” Partiyasından Federasiya Şurasının üzvü vəzifəsində çalışır. O, əvvəllər Dövlət Dumasının deputatı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu