Modern.az

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 99 şübhəli saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 99 şübhəli saxlanıldı

Dünya

2 Avqust 2024, 18:06

Türkiyədə İŞİD terror təşkilatının ölkədəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

 

Məlumata əsasən, “Gürz-4” kod adı altında İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər də daxil olmaqla ölkənin 26 vilayətində həyata keçirilən əməliyyat nəticəsində İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 99 nəfər saxlanılıb.

 

Əməliyyat üç gün davam edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi