Modern.az

Qazaxıstanda güclü zəlzələ

Qazaxıstanda güclü zəlzələ

3 Avqust 2024, 00:09

Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.

 

Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntı barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu