Modern.az

İranda onlarla təhlükəsizlik işçisi saxlanıldı

İranda onlarla təhlükəsizlik işçisi saxlanıldı

3 Avqust 2024, 10:40

İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var.

 

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri