Modern.az

Ukraynanın enerji sistemini məhv etmək mümkün deyil - BUDANOV

Ukraynanın enerji sistemini məhv etmək mümkün deyil - BUDANOV

Dünya

3 Avqust 2024, 11:24

"Ukraynanın enerji sektoruna zərbələr energetika sisteminin işini xeyli çətinləşdirə bilər, lakin onu tamamilə məhv etmək demək olar ki, mümkün deyil".

 

Modern.az xəbər verir ki, bunu TSN-ə verdiyi müsahibədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov deyib.

 

O, sistemin bir neçə mühafizə səviyyəsinə malik olduğunu qeyd edib: "Çünki Sovet İttifaqı dövründə bu sistem mümkün qədər geniş idi".

 

Budanov əlavə edib ki, Rusiya da Ukrayna kimi enerji sistemini ona hücumlar zamanı qorumağa çalışır, ancaq hava hücumundan müdafiə sistemlərinin yaradılması yolunu tutub, çünki onların bunun üçün daha çox imkanları var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri