Rusiya FTX Sərhəd Xidməti xaricə gedən ölkə vətəndaşlarının sayının artdığını bildirib.
Modern.az xəbər verir ki, rəsmi statistikaya əsaslanan məlumatı RBC dərc edib.
2024-cü ilin ilk altı ayında ruslar xaricə 12,6 milyon səfər edib. Bu, bir il əvvəllə müqayisədə 9% çoxdur.
Qeyri-MDB ölkələri arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Tailand, yaxın ölkələr arasında isə Abxaziya (Gürcüstan ərazisində Rusiya tərəfindən müstəqilliyi tanınan separatçı qurum - red.), Qazaxıstan, Ermənistan və Gürcüstan məşhur olub.