Modern.az

Döyüş bölgəsindən çıxarılan 2 bayquş Kiyev zooparkına yerləşdirilib

Döyüş bölgəsindən çıxarılan 2 bayquş Kiyev zooparkına yerləşdirilib

Dünya

3 Avqust 2024, 17:24

Ukraynada döyüş bölgəsindən xilas edilən bayquşlar Kiyev zooparkında yeni ev tapıb.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, Arey və Maqura adlı iki bayquş ukraynalı əsgərlər tərəfindən Xarkov vilayətinin Liptsi kəndi yaxınlığındakı müharibədən zərər çəkmiş evdə tapılıb.

 

Quşlar qəfəsdə ac və taqətdən düşmüş vəziyyətdə aşkar edilib və dərhal döyüş bölgəsindən təxliyə edilib.

 

Bayquşlar Ukraynanın Baş Hərbi Kəşfiyyat İdarəsinin simvoludur, ona görə də quşlar idarənin rəisi Kirill Budanova həvalə edilib.

 

Zooparkın direktoru Kirill Trantin əmin edib: "Biz quşları bu çətin dövrlərdə belə onların rifahını təmin etmək üçün reabilitasiya edirik və uyğunlaşdırırıq."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR