Modern.az

SEPAH Haniyənin necə vurulduğunu AÇIQLADI

SEPAH Haniyənin necə vurulduğunu AÇIQLADI

3 Avqust 2024, 18:00

Aparılan araşdırmalar nəticəsində HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin qısamənzilli raketlə vurulduğu bəlli olub.

Modern.az-ın məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib. 

SEPAH bəyan edib ki, qısamənzilli raketin ağırlığı təxminən 7 kiloqram olub və güclü partlayış qonaqların yerləşdiyi məkandan kənarda baş verib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra həyata keçirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR