Modern.az

İran bu tarixdə İsrailə hücum etməyi PLANLAŞDIRIR

İran bu tarixdə İsrailə hücum etməyi PLANLAŞDIRIR

Dünya

4 Avqust 2024, 09:47

İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan Tişa-Beavda İsrailə hücum etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

 

Məlumata əsasən, “Sky News Arabia”nın Qərb kəşfiyyatındakı mənbələrinin İranın avqustun 12-si və 13-nə təsadüf edən Tişa-Beav günündə İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlarının olduğunu bildiriblər. İranın hücumu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin öldürülməsinə cavab olaraq gerçəkləşdiriləcək.

 

Həmçinin qeyd olunub ki, İranın hücumu, ehtimal ki, İranın dəstəklədiyi və Livanda yerləşdirilmiş “Hizbullah” ilə əlaqələndiriləcək.

 

Bundan əlavə, vurğulanıb ki, müqəddəs matəm günündə İsrailə hücum israillilərin emosional və psixoloji vəziyyətinə təsir göstərə bilər.

 

Qeyd edək ki, Tişa-Beav yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Bu, Birinci və İkinci Yerusəlim məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri